image-img-20210707-wa0003backend

Könül Nurullayeva: “Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf petspektivini düzgün qiymətləndirir”

image-reklam_sirab_01

Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, rəsmi Bakının əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf petspektivini düzgün qiymətləndirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, Bakıda səslənən bəyanatlar təsdiqlədi ki, İttifaqla ölkəmiz arasında əlaqələrin inkişafında yeni səhifə açılıb. Şarl Mişel münasibətlərin strateji tərəfdaşılıq səviyyəsinə yüksəldilməsi barədə danışması bunu bir daha təsdiqlədi. O da faktdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Avropa İttifaqının 3-də biri, yəni 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün yaxşı iqtisadi imkanlar mövcuddur. Qarabağ münaqişəsinin həlli isə bu imkanları daha da artırır.  Azad edilmiş ərazilərin xarici sərmayədarlar üçün bir çox sahələr üzrə  – bərpaolunan enerji mənbələri, aqrar, turizm də daxil olmaqla cəlbediciliyi artmaqdadır.
Regionda bütün kommunikasiyaların paralel olaraq açılmasının labüdlüyünü əsaslandıran, Ermənistanın özünə də sərfəli olan Zəngəzur dəhlizinin potensialını qeyd etmək kifayətdir. Avropa İttifaqı da bölgədə dayanıqlı sülhü və regional əməkdaşlığı möhkəmləndirmək üçün bütün səyləri dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Ən əsas məsələ isə bundan ibarətdir ki, Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb.
Avropa İttifaqı rəsmisinin səfəri zamanı diqqət çəkən məqamlardan biri də Mişelin Bakıda keçirdiyi görüşlərdə  “Dağlıq Qarabağ”, “status” və s. bu kimi ifadələr işlətməməsi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırması oldu. Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı qəbul edir və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, “artıq sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Azərbaycan buna hazırdır.” Təbii ki, Avropa İttifaqının bu prosesə töhfə vermək üçün imkanları da nəzərdən keçirilməlidir. Avropa İttifaqı Ermənistanı sülh sazişi üzərində danışıqlara başlamağa məcbur etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki