image-img-20210624-wa0012backend

Könül Nurullayeva: “Azərbaycanda qadınların səlahiyyətləri  təqdirəlayiq bir səviyyəyə çatıb”

image-reklam_sirab_01

23 iyun 2021-ci il tarixində Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak etmişdir.

Sessiyada “Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbul etməsində iştirakının artırılması” mövzusu ətrafında çıxış edən Milli Məclisin deputatı azyaşlı, əlil, qaçqın və məcburi köçkün  statuslarına sahib olan həssas qrup qadınların üzləşdiyi diskriminasiya və ictimai təyziqdən, bu qadınların siyasi və ictimai qərar qəbul etmədə qeyri-bərabər təmsil olunmasından söz açmışdır.

K. Nurullayeva çıxışında həmçinin 30 illik işğalın nəticələrinə toxunub. Bildirib ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər arasında çoxluq təşkil edən qadınlarımız siyasi və ictimai qərar qəbul etmək imkanlarından məhrum olmuşdur.
Millət vəkili həmkarlarına Azərbaycanın şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən bir ölkə olaraq, daim qadın və kişilərin bərabərhüquqluluğunun tərəfdarı olduğunu diqqətə çatdırmışdır.
Deputat K.Nurullayeva vurğulamışdır ki, qadınların dövlətin qərar qəbuledici orqanlarında “Birinci Vitse-Prezident” və “Milli Məclisin sədri” kimi vəzifələrə təyin olunması Azərbaycanda qadınların səlahiyyətlərinin təqdirəlayiq bir səviyyəyə çatmasının göstəricisidir.

Çıxışın sonunda isə deputat həmkarlarına qoşularaq, dünya ölkələrinə təmsil olunmayan qrup qadınların məruz qaldığı diskriminasiya və şiddətə qarşı yönəldilmiş siyasi mexanizmlərin tətbiqini tövsiyə etmişdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki