image-img-20220827-wa0009backend

Könül Nurullayeva: “Azərbaycanın öz sərhədlərində möhkəmlənməsi Ermənistanın manevr imkanlarını tükədir”

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacağımızı hər zaman bəyan edirdi. Artıq üçrəngli bayrağımız Laçının mərkəzində dalğalanır. Bu, Azərbaycanın növbəti qələbəsidir. 44 günlük müharibə zamanı Azərbaycan bir addım belə geri çəkilmədiyi kimi, postmünaqişə dövründə
də hər keçən gün Azərbaycan uğur qazanır. Biz sərhədlərimizə çıxmaqla yanaşı, həm də orada möhkəmlənirik. Strateji əhəmiyyətə malik olan Laçın şəhərinə nəzarət isə mövqelərimizi daha da möhkəmləndirəcək.
10 noyabr 2020-ci il Bəyannaməsində də göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi də bəyanata saldıran Azərbaycan Prezidenti olub və ən böyük uğurlardan biri bizim bu yolu cəmi 1 ilə inşa etməyimizdir. Müharibədən dərhal sonra sülhməramlıların burada yerləşməsi ermənilərdə müəyyən ümidlər yaratsa da, zaman-zaman məsuliyyət zonasında təxribatlar törədilsə də bunun sonsuza qədər davam etməyəcəyi aydın idi. Vəziyyət getdikcə Azərbaycanın xeyrinə dəyişirdi, artıq sülhməramlılar da mövcud reallığı qəbul edir. Ermənistan vaxt qazanmaq məqsədilə yeni yolun çəkilişini 2023-cü ilin sonuna tamamlamaq niyyətində idi. Təbii ki, Azərbaycan bununla razılaşa bilməzdi.
Qeyri-qanuni məskunlaşan ermənilər də Laçın şəhəri, Zabux və Susdan çıxmaq istəmirdilər. Vandallıq aktları törədərək, təbiətə zərər vururdular, evlərini yandırırdılar, amma bunun bir nəticəsinin olmayacağını özləri də
dərk edirdilər. Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Prezident İlham Əliyev də hər zaman deyirdi ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə onların xeyrinə dəyişəcək, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Zaman bunu bir daha təsdiqlədi.
Ermənistan sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərini yerinə yetirməyə məcburdur. Nəzərə alsaq ki, avqustun sonunda Brüsseldə növbəti görüş baş tutacaq və Azərbaycan bu görüşə Laçının mərkəzini azad edərək qoşulur, bu, rəsmi Bakının masada da daha güclü mövqedə olacağı deməkdir. Ermənistanın isə artıq manevr imkanları qalmır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki