image-img-20210524-wa0011backend

Könül Nurullayeva: “Ermənistan Prezident İlham Əliyevin “qabaqlayıcı tədbirlər” xəbərdarlığı barədə daha ciddi düşünməlidir”

image-reklam_sirab_01

Prezident İlham Əliyevin CNN Türk telekanalına müsahibəsində çox ciddi mesajlar səsləndi. İlk növbədə Ermənistana xəbərdarlığı qeyd etməliyik. Cənab Prezident Ermənistanın hərbi-siyasi rəhbərliyinin son vaxtlar intensivləşən məsuliyyətsiz bəyanatlarına cavabı kifayət qədər sərt və prinsipialdır.

Bu fikirləri Veteninfo.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildiirb.

“Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik.” Qabaqlayıcı tədbirlərin nədən ibarət olduğunu isə 9 ay əvvəl Ermənistan gördü”-deyən millət vəkili qeyd edib ki,bu dəfə də eyni zərbəyə davam gətirib-gətirməyəcəyi isə ümumiyyətlə, müzakirə mövzusu deyil:

“Çünki ordusu darmadağın olan bir tərəfdən söhbət gedir. Yəni, Ermənistan Prezident İlham Əliyevin “qabaqlayıcı tədbirlər” xəbərdarlığı barədə daha ciddi düşünməlidir. Yox, əgər İrəvan Rusiyadan aldığı silah-sursata arxayındırsa, bu da nəticə verməyəcək. Bu silahlanma sözsüz ki, yeni nəsil müharibənin qalibi olan Silahlı Qüvvələrlə müqayisəyə gələ bilməz. Rusiyanın yanaşmasına gəlincə, bu məsələ ilə bağlı da Ali baş komandan dövlətimizin mövqeyini bildirdi. Rusiya Ermənistanı silahlandırmamalı, 10 noyabr bəyanatının müddəalarının icrasını pozan forpostunu konstruktivliyə məcbur etməlidir-Rəsmi Bakının Moskvadan gözləntisi budur”. Könül Nurullayeva bildirib ki, Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin: “Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. “Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir” deyən dövlət başçımız rəsmi Moskvanın Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi bölgədə xüsusi rol oynadığını da bildirdi. Yəni, bölgənin aparıcı dövlətlərindən biri kimi Rusiya regionun təhlükəsizliyi üçün öz səylərini əsirgəməməli, uzunmüddətli sülhü təmin etmək üçün addımlar atmalıdır. Bu mənada kommunikasiyaların açılması bu gün əsas prioritetlərdən biridir. Rəsmi Bakı isə haqlı olaraq bu məsələdə paralel açılmanın tərəfdarıdır. Prezident burada Ermənistanla digər nəqliyyat layihələrinin ola biləcəyini qeyd etməklə əməkdaşlıq imkanlarının geniş olduğunu bir daha diqqətə çatdırmış oldu.
Əslində, Prezident İlham Əliyevin dəbəyan etdiyi kimi, müharibə başa çatıb və seçkilərdə məğlub Paşinyana təkrar səs verməklə erməni xalqı da bu vəziyyətlə barışıb.Ermənistanın hərbi-siyasi rəhbərliyi isə təbii ki, İkinci Qarabağ savaşından dərs çıxarmağa məcburdur. Əks halda, ali baş komandanın söylədiyi kimi-“Biz dərsini yenidən verməyə hazırıq”.

Vətəninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki