image-konulbackend

Könül Nurullayeva: “İşğaldan azad olunmuş ərazilərdə yeni qurulan səhiyyə inftastrukturu əhalinin sağlamlığını təmin edəcək”

image-reklam_sirab_01

Azərbaycan öz maliyyə imkanları hesabına Qarabağı dirçəldir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir. Şəhərlər, kəndlər yenidən qurulur. Prezident İlham Əliyevin mayın 10-da azad olunmuş ərazilərə səfəri zamanı tanış olduğu yeni sosial infrastruktur layihələri bird aha təsdiqləd ki, bütün bölgələrdə olduğu kimi, Füzuli və Şuşada həm sosial infrastruktur yenidən qurulur, həm bölgədə mədəni-tarixi irsin bərpası aparılır. Yeni təməli qoyulan 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası isə əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətli sosial infrasrtruktur layihələrindən biridir. Təsadüfi deyil ki, bu ilin fevralında Ağdamda da ən müasir tələblərə cavab verən səhiyyə ocağının inşasına başlanıb. Eyni zamanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri həyata keçiriləcək. Bu, bütün ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili işlərinin sürətlə həyata keçirildiyini təsdiqləyir. Azad olunmuş ərazilərə qayıdan soydaşlarımızın sağlamlığının qorunması, onlara ən yüksək standartlara uyğun tibbi xidmət göstərilməsi sosial siyasətin tərkib hissəsidir.

Eyni zamanda ermənilərin işğal zamanı vurduğu zərərlərin nəticələri aradan qaldırlılır, ekoloji tarazlığın təmin olunması istiqamətində praktik addımlar atılır. Füzulidə yeni yaradılacaq mərkəzi park kompleksi bu baxımdan əhəmiyyət kəsb edir. Bu park kompleksi şəhərdə ekoloji tarazlığın qorunmasına hesablanıb.

Şuşada tarixi binaların bərpası isə mədəni-tarixi irsin, Şuşanın memarlıq tarixinin qorunub saxlanması baxımından vacibdir. Əslən Şuşadan olan şəxslərin yaşadığı binalara bu cür həssas yanaşma həm də Qarabağ ziyalılarına ehtiramın göstəricisidir. Burada istifadəyə verilən yeni otellər isə turizm imkanlarının genişlənməsinə xidmət edir. Bir sözlə, həyata keçirilən bərpa-quruculuq işləri işğaldan azad edilmiş ərazilərin timsalında bütövlükdə ölkənin inkişafını təmin edəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki