image-img-20210415-wa0021backend

Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib

image-reklam_sirab_01

Millət vəkili Könül Nurullayevanın Pakistan mətbuatında Qarabağ həqiqətləri, Ermənistanın müharibə cinayətləri və post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib. “Pakistan həmişə Azərbaycanın haqq işinə tərəddüdsüz dəstək olub” başlıqlı məqalə Pakistanın əsas 5 aparıcı mətbu orqanından  biri olan “Daily Times” portalında dərc edilib. ( https://dailytimes.com.pk/745839/pakistan-has-always-unswervingly-supported-azerbaijans-just-cause/)

Məqalədə Azərbaycan və Cənubi Qafqazın post-münaqişə dövründə inkişaf perspektivləri,  bu istiqamətdə Pakistan və İƏT-in oynadığı önəmli rol, İƏT Təmas Qrupuna daxil olan ölkələrin nümayəndələrinin azad olunmuş ərazilərimizə səfərinin təfərrüatlarından bəhs olunur. Müəllif həmçinin İƏT-ə üzv ölkələrin sülh və bərpa prosesinə verə biləcəkləri mühüm töhfələrdən də bəhs edib. Qeyd olunur ki, 44 günlük Vətən müharibəsi ikitərəfli münasibətlərin əsl xarakterini müəyyənləşdirmək üçün sınaq dövrü idi: “Azərbaycana münasibətdə əsl dostluq nümayiş etdirənlər bu sınaqdan uğurla çıxdı və münasibətlərin daha da möhkəmlənməsi üçün zəmin yarandı. Pakistan da Azərbaycanın haqqın işinə tərəddüdsüz dəstək verməklə əsl dostluq nümunəsi sərgilədi.”
K.Nurullayeva həmçinin Pakistanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının  ədalətli mövqeyinin postmünaqişə dövründə də davam etdiyini qeyd edib: “Yeni mərhələdə istər İƏT, istərsə də Təmas Qrupu bu regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylər göstərməkdədir. Aprel ayının ilk həftəsində Azərbaycana səfər edən İƏT baş katibi cənab Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşdə bir daha bəyan etdi ki, Azərbaycanın qazandığı qələbə bütövlükdə İslam dünyasının qələbəsidir.”
30 il ərzində ermənilərin İslam irsinə qarşı törətdiyi vandallıq aktına da toxunan millət vəkili yazır ki, məscidlərdən tövlə məqsədilə istifadə etmək İslam dünyasını təhqir etməkdir: “Azərbaycan 30 illik işğala son qoymaqla İslam irsinə qarşı illərdir həyata keçirilən vandallığın və terrorun qarşısını aldı. Biz bütün dini abidələrimizi bərpa edəcəyik. Onların orijinal simasını özünə qaytaracağıq. Bu prosesdə Azərbaycana dost olan ölkələr yaxından iştirak edəcək.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki