image-img-20220820-wa0009-1backend

Könül Nurullayeva: “Qarabağda qanunsuz məskunlaşanların aqressiyası heç bir nəticə verməyəcək”

image-reklam_sirab_01
Qarabağda qanunsuz məskunlaşma birabaşa müharibə cinayəti olduğu üçün ermənilər bu əraziləri tərk etməyə məcburdur. Evlərə, meşələrə od vursalar da onların yersiz aqressiyası heç bir nəticə verməyəcək. Prezident Ilham Əliyev Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanların oradan çıxarılmasına aydınlıq gətirərkən də bildirdi ki, həmin şəxslərin orada qalması Cenevrə Konvensiyalarına ziddir. Bu mənada qanunsuz məskunlaşanların aqressiv davranışları heç bir əhəmiyyət daşımır. Həm Azərbaycan, həm də Ermənistanın 1993-cü ildə qoşulduğu dördüncü Cenevrə Konvensiyasında da qeyd olunduğu kimi, işğalçı qüvvə öz mülki əhalisinin bir qismini işğal etdiyi ərazilərə köçürə və ya deportasiya edə bilməz. Amma Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğu kimi bu prinsipləri də pozub. İşğal dövründə qanunsuz məskunlaşma siyasətinin hər hansı nəticə verəcəyini fərz edirdilər. Təsadüfi deyil ki, beynəlxalq hesabatlarda da minlərlə​ ailənin Ermənistandan keçmiş Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü qeyd olunub. 2000-ci ilin əvvəllərində hər ay orta hesabla keçmiş Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailənin köçürülməsi beynəlxalq hesabatlarda əks olunub. Ermənistan rəsmiləri etiraf edirdi ki, məskunlaşdırma siyasətində məqsəd Qarabağda erməni əhalinin sayını iki-üç dəfə artırmaqdır. Suriyada vətəndaş müharibəsinin başlaması ilə həmin bölgədə yaşayan ermənilərin Qarabağa köçürülməsi daha da intensivləşdi. 15 mindən çox Suriya ermənisinin bir hissəsinin Qarabağda yerləşdirilməsi erməni mətbuatımnda rəsmi məlumat kimi yayılırdı. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bu məsələ ilə bağlı dəələrlə etiraz bildirilirdi, bu siyasətin Azərbaycanın tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmasının qarşısının alınması məqsədi daşıması vurğulanırdı. O zaman yarıtmaz Minsk üçlüyü də susmağa üstünlük verirdi. Zaman göstərdi ki, Azərbaycana qarşı sonsuza qədər bu cür iyrənc oyunlar oynamaq olmaz. Azərbaycan döyüş meydanında öz ərazi bütövlüyünü bərpa edərək ədaləti təmin edib. İndi yeni reallıqar fonunda digər qanunsuz əməllərin də nəticələrini aradan qaldırırıq. Ermənistan istəsə də, istəməsə də bu reallıqları qəbul etməlidir. Ermənistan rəhbərliyi, Qeyri Hökumət Təşkilatları vaxtilə qanunsuz məskunlaşdırılan əhaliyə vəziyyəti izah etməli, onların həmin ərazilərdən çıxmasının məcburi olduğunu anlatmaldırlar.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki