image-img-20210823-wa0000backend

Könül Nurullayeva: “Son 20 gündə yoluxma sayının 5, ölüm hallarının 7 dəfə artması vəziyyətin təhlükəli olduğunu göstərir”

image-reklam_sirab_01

Son günlər Azərbaycanda yoluxma və bununla əlaqədar ölüm hallarının artması epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradır. Avqustun 1-də 671 yoluxma və 4 ölüm halı qeydə alınmışdısa, avqustun 21-i bu rəqəm 3551-ə, ölüm sayı isə 27 -ə çatdı. Bu o deməkdir ki, 20 gün ərzində yoluxma 5 dəfədən artıq, ölüm halı​ 7 dəfəyə yaxın artıb. Eyni tendensiya qonşu ölkələrdə də müşahidə olunmaqdadır. Tətil mövsümündə bu artım Azərbaycana da mənfi təsir göstərir.

Mütəxəssislər bu təhlükəli artım dinamikasını karantin rejiminin yumşaldılması, bir çox məhdudiyyətlərin aradan qaldırılması, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun​ açılışı, şənlik mərasimlərinə icazə verilməsi, bir sözlə təmasların artması ilə izah edirlər. Xüsusilə toy mərasimləri və istirahət mərkəzlərinin açılmasından sonra kütləvi yoluxma və ölüm halları artıb. Yəni, vətəndaşlarda yaranan arxayınlıq, gigiyena və təhlükəsizlik qaydalarına əvvəlki kimi əməl edilməməsi yoluxma dinamikasına təsir etməkdədir. Üstəlik,​ ​ ​ təmasların sıxlaşması təhlükəli “Delta” ştammının sürətlə yayıldığı bir vaxta təsadüf edir.​ Hazırda ölkəmizdə virusa yoluxanların 94 faizində “Delta” ştammı aşkarlanıb. Belə təhlükəli vəziyyətdə vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması çox vacibdir. Bununla yanaşı qapalı məkanlarda maskadan istifadə, ara məsafənin saxlanmasının, gigiyenik qaydalara riayət edilməsi zəruridir. Azərbaycanda vaksin olunanlar arasında cəmi 0,6% yoluxma müşahidə olunur, vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin 97%-i, koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır. Bu göstəricilər vaksinasiyanın indiki şəraitdə yeganə çıxış yolu olduğunu təsdiqləyir.
Hazırda əsas hədəf vaksin olunma faizini 60 %-ə qaldırmaqdır. Bununla pandemiyadan xilas olmaq mümkün olacaq. Bu baxımdan vətəndaşlarımız vaksinasiya prosesində fəal olmalıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki