image-img-20220813-wa0040backend

Könül Nurullayeva Türkiyə mətbuatına İslamiada ilə bağlı danışdı

image-reklam_sirab_01
“Qardaş Türkiyə 5-ci İslam Həmrəylik Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməkdədir. Mükəmməl bir açılış mərasimi izlədik. Əsl idman bayramı qeyd edirik. Türkiyə həm öz adına, həm də dinimiz İslam adına layiq bir ev sahibliyi edir”. Bu fikirlər Milli Məclisin deputatı, İslam Əməkdaşlıq Təşkilatı İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü Könül Nurullayevanın Türkiyənin nüfuzlu KİV-lərinə verdiyi açıqlamada yer alıb. Deputat bildirib ki, elm, irfan şəhəri olan olan Konyada 4 qitədən, 56 ölkədən 24 fərqli idman növü üzrə yarışlar keçirilməkdədir. Konyanın tolerantlıq və qardaşlıq şəhəri kimi qonaqpərvərliyini bütün dünyaya təqdim etdiyini deyən K.Nurullayeva bildirib ki, İslam dünyası idman vasitəsilə həmrəylik, qardaşlıq mesajı ünvanlayır: “Bu birlik bizim gücümüzü daha da artırır. Azərbaycan adına demək istəyirəm – burada özümüzü öz evimizdəki kimi hiss edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev Konyada oyunlarda iştirak edəcək idmançılarımızla görüşü zamanı da qeyd etdi ki, yarışların qardaş ölkədə keçirilməsi bizə əlavə güc verir. Bu, qardaşlığın, səmimiyyətin verdiyi gücdür. Qazandığımız medalların da sayı günbəgün artır.”
“Qardaş ölkənin ev sahibliyi ilə keçirilən 5-ci İslam Həmrəylik Oyunları barış və sülh dini olan İslam dünyasında həmrəyliyə əlavə töhfə verir” deyən deputat oyunların hazırlıq prosesini də yaxından izlədiyini diqqətə çatdırıb: “Dəfələrlə Konyada səfərdə oldum və beynəlxalq standartlara uyğun idman infrastrukturunun qurulduğunun şahidi oldum. Azərbaycan təcrübəsindən çıxış edərək deyə bilərəm ki, İslamiada üçün yaradılan idman infrastrukturu sonrakı illərdə bütövlükdə ölkənin qazancına çevriləcək.  Yeri gəlmişkən, lönüllü gənclərin fəallığı da bizi sevindirir. Gənclər bizim gələcəyimizdir. Onların bu idman bayramına töhfəsini xüsusi qiymətləndiririk. Yarışlarda iştirak edən bütün idmançıların təəssüratları yüksək səviyyədədir. Bir-birindən maraqlı və həyəcanlı yarışlar keçirilir. Bu tədbirə ev sahibliyi etmək həm də qardaş Türkiyənin zəngin, qədim  tarixinin, mədəniyyətini bütün İslam aləminə və dünyaya təqdim edir.”
K.Nurullayeva 5 il əvvəl 2017-ci il İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandığını da xatırladıb. Bildirib ki, Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Konya da Bakı kimi böyük beynəlxalq təşkilatlara ev sahibliyi etmək təcrübəsinə malikdir: “Eyni zamanda həm Azərbaycan, həm də Türkiyə dünya miqyasında böyük hörmətə, həmçinin müsəlman aləmində böyük rəğbətə layiq ölkələrdir. Konyada keçirilən İslamiadanın da idman tarixinin ən yaddaqalan şöləni olacağına və İslam dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki