image-img-20210831-wa0003backend

Könül Nurullayeva: “Vaqif Poeziya günlərinin bərpası Azərbaycan xalqı üçün həm mənəvi, həm də siyasi baxımdan vacibdir”

image-reklam_sirab_01

Şuşada Vaqif poeziya günlərinin 40 ildən sonra bərpası Azərbaycan xalqı üçün çox əlamətdar hadisədir. Biz buna yalnız ədəbiyyat hadisəsi kimi yanaşmırıq. Vaqif Poeziya günlərinin bərpası Azərbaycan xalqı üçün həm mənəvi, həm də siyasi baxımdan vacibdir. Burada ilk növbədə söhbət hələ 40 il əvvəl Sovet hökumətinin etirazına baxmayaraq, ulu ondər Heydər Əliyevin təkidi ilə ucaldılan, 30 il əsarətdə erməni işğalında qalan və bu gün müstəqil Azərbaycan tərəfindən bərpa olunan tarixi məqbərədən gedir. Digər bir vacib məsələ, təbii ki, abidənin mədəniyyət paytaxtımız Şuşada yerləşməsidir. Vaqif poeziya günləri artıq yalnız ədəbiyyatsevərlərin təşkil etdiyi tədbir olmayacaq. Bu, bütün dünya Azərbaycanlılarının milli qürur bayramı kimi qeyd olunacaq. Biz hər dəfə Vaqif poeziya günlərini qeyd edərkən böyük qələbəmizi xatırlayacaq və xatırladacağıq.
Biz may ayında Xarıbülbül festivalını bərpa edəndə də eyni məqsəd və vəzifələri qoyduq qarşımıza-həm ənənələrimizi qoruyuruq, həm də şanlı tariximizi əbədi yaşadacağıq. Ali baş komandan İlham Əliyevin də söylədiyi kimi, bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik.
Bu gün biz mədəniyyət paytaxtımızı dirçəldirik. Bu ilin yanvarın 14-də dövlət başçımızın Şuşaya səfəri zamanı verdiyi tapşırıqların hər biri icra olunmaqdadır. Təsadüfi deyil ki, artıq şəhərin baş planı da hazırdır. Cəmi 7 ay ərzində Şuşada çox böyük işlər görülməkdədir. Biz hər dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər edərkən tam fərqli inkişafın şahidi oluruq. Şəhərin infrastrukturunun inkişafı tarixi abidəlırimizin bərpası ilə paralel aparılır.
Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri bu gün Şuşanın mərkəzi meydanındadır.
Bu gün isə Şuşanın dirçəlişinin növbəti mərhələsi başlayıb.
Vaqifin məqbərəsi və büstünün yenidən açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, Üzeyir bəyin dağıdılmış evinin, ölməz Bülbülün evinin bərpası, “Qarabağ” hotelinin əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açması qısa vaxtda görülən böyük işlərdir. Ən vacib məsələ isə dövlət başçımızın da söylədiyi kimi, baş plan əsasında yeni yaşayış kompleksinin təməlinin qoyulmasıdır. Bu, o deməkdir ki, artıq Şuşa sakinləri qısa vaxtda doğma şəhərə qayıdacaq. Ali baş komandanın da söylədiyi kimi, biz bundan sonra Şuşada əbədi yaşayacağıq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki