COVID-19-a yoluxan şəxslərin bir qisminin iki həftə ərzində iybilməsi bərpa olunsa da, bəzilərində bu proses daha uzun müddət tələb edir.
Alimlər iybilmənin bərpasına kömək etmək üçün maraqlı bir araşdırma aparıblar.
Veteninfo.az-ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.
Alimlər 12 həftə ərzində aparılan araşdırmaların nəticəsində bu qənaətə gəliblər. Araşdırma zamanı bəlli olub ki, vitamin A qəbul edən şəxslər yumurtanın, gülün qoxusu kimi spesifik iyləri rahatlıqla hiss edə bilirlər.
Alimlər vitamin A-nın immun sistemi, dəri gözəlliyi, görmə qabiliyyətinə də müsbət təsir etdiyini bildirirlər.
Qeyd edək ki, alimlər iybilmə qabiliyyətinin beyinlə əlaqəsini hələ də öyrənərək bu istiqamətdə fərqli tədqiqatlar aparmağı planlaşdırırlar.