image-baydenbackend

Koronavirusa yoluxmuş Cozef Bayden səhhətindən bəhs edib

image-reklam_sirab_01

Koronavirusa yoluxmuş ABŞ Prezidenti Cozef Bayden özünü yaxşı hiss etdiyini və fəal işləməyə davam etdiyini bildirib.

Bu barədə ABŞ Prezidenti özünün tviter səhifəsində yazıb.

“Mən tamamilə yaxşıyam. Narahatlığa görə təşəkkür… İşimlə məşğul olmağa davam edirəm!” – ABŞ Prezidenti qeyd edib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Baydenin COVID-19 üçün müsbət test verdiyini, nəticənin müsbət olduğunu, lakin dövlət başçısının öz iqamətgahında vəzifəsini yerinə yetirməyə davam etdiyini söyləyib. O əlavə edib ki, ABŞ Prezidenti xəstəliyin yüngül əlamətlərini hiss edir və “Pfizer” şirkəti tərəfindən hazırlanmış koronavirus dərmanı “Paxlovid” qəbul etməyə başlayıb.

Baydenin həkimi Kevin O Konnor da öz növbəsində qeyd edib ki, ABŞ Prezidentində müşahidə edilən əlamətlər çərşənbə günü axşam başlayan yüngül burun axması, yorğunluq və quru öskürəkdir.

Jan-Pyer qeyd edib ki, Bayden sonuncu dəfə çərşənbə axşamı testdən keçib, sonra isə nəticələr mənfi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki