image-7backend

Koronavirusla bağlı xoş xəbər: xilas etmək mümkün olacaq

image-reklam_sirab_01
Avstraliyalı alimlər xəstədə koronavirus infeksiyasının nə qədər ağır ola biləcəyini təxmin edəcək yeni marker təyin edilib. Analiz üçün sadə burun çubuğu ilə nümunə götürülə bilər.
Qaynarinfo oxu.az-a istinadla xəbər verir ki, tədqiqatın nəticələri “EMBO Molecular Medicine” elmi jurnalında dərc edilib.

 

COVID-19-un müalicəsi zamanı xəstənin xəstəliyin ağır formasına meylliliyini mümkün qədər erkən anlamaq vacibdir. Bunun sayəsində həkimlər müəyyən amillərə görə koronavirusu ağır keçirən insanları xilas etmək şansına sahib olacaqlar. Belə amillərə, məsələn, diabet, piylənmə və ya tam başa düşülməmiş genetik xüsusiyyətlər daxildir.
“Hfwe-Lose” markeri xəstəliyin ağır gedişatını, xüsusilə, bədənin xəstəliklərə qarşı immun reaksiyasını göstərir.
Alimlərə məlum olub ki, COVID-19-un ən kəskin formalarını keçirən xəstələrdə yuxarı tənəffüs yollarında çoxlu “hfwe-Lose” geni var. Bu səbəbdən, yeni koronavirus infeksiyası diaqnozu qoyulmuş bir insanda bu markerin konsentrasiyası yüksəkdirsə, o, xüsusilə intensiv müalicə edilməlidir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image