image-5b54d09e-9a94-37a3-91b8-703718263b27_850backend

KTMT ölkələri Ermənistana missiya göndərmək barədə razılığa gəliblər

image-reklam_sirab_01

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

bu barədə təşkilatın katibliyinin mətbuat xidmətindən bildirilib.

Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub.

Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki