image-23e2537c-1ee4-3d96-896a-0169f3156e3a_850backend

Kuleba: “Fransa Ukrayna ordusuna silah tədarükünü genişləndirməlidir”

image-reklam_sirab_01

“Fransa Ukrayna ordusuna silah tədarükünü genişləndirməlidir”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

“Biz Fransaya silah təminatına görə minnətdarıq, lakin cəbhə xəttində belə bir düşmənlə qarşı-qarşıya qaldıqda, heç vaxt kifayət qədər silahınız olmayacaq. Fransadan daha çox iş görməsini tələb edirik”, – Kuleba deyib.

Xarici işlər naziri qeyd edib ki, Ukraynada kifayət qədər insan var, lakin daha çox silah lazımdır.

“Ağır silahlar baxımından Rusiya bizdən üstündür”, – Kuleba vurğulayıb.

Bundan əvvəl Dmitro Kuleba Almaniyanı təkcə ağır silahların deyil, həm də artilleriya sursatlarının tədarükünü sürətləndirməyə çağırdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki