image-92df8260-f92a-3ab7-b410-b33a4021b68a_850backend

Küveytdə parlament buraxılıb, növbədənkənar seçkilər elan olunub

image-reklam_sirab_01

Küveytdə parlament rəsmən buraxılıb.

Bu barədə Küveytin vəliəhd şahzadəsi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah fərman imzalayıb.

Ölkədə 2 ay ərzində növbədənkənar ümumi seçkilərin keçiriləcəyi elan edilib.

Küveytdə hökumət və parlament arasında onilliklər ərzində yaranan narazılıqlar tez-tez kabinet dəyişikliyinə və qanunverici orqanın buraxılmasına səbəb olub. Parlament sonuncu dəfə 2016-cı ildə buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki