Müğənni Elnarə Xəlilova onu zövqsüz adlandıran stilist Elnur Həsənova reaksiya verib.
Veteninfo.az xəbər verir ki, müğənni instaqram hesabında paylaşım edərək stilistin makiyajlarını pisləyib, onun işinə bəyənmədiyini vurğulayıb.
Elnarə həmçinin onun yaxın dostu olan Əməkdar artist Lalə Məmmədovaya da söz atıb. O, Laləlinin “TRT” kanalında çıxışı zamanı geyiminin problem yaratmasını qınayıb.
L.Məmmədova da onun rəyini cavabsız qoymayıb.
“Həddini bilmədikdən sonra, çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın, çünki susan danışsa dözən olmaz”, – deyə şərh yazıb.
Qeyd edək ki, L.Məmmədova mərhum müğənni Kayahanın xanımı İpek Acarın proqramında qonaq olub. Çəkiliş zamanı onun libasının sinə dekoltesinin bağlanması istənilib.