image-5ba9b830-92b1-3b89-b6dd-a1884fabb548_850backend

Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb

image-reklam_sirab_01

Latviya avqustun 1-dən Rusiya ilə bir sıra sazişləri, o cümlədən iqtisadi əməkdaşlıq və sərhədyanı rayonların sakinləri üçün qarşılıqlı səfərlərin sadələşdirilməsini dayandırıb.

bu barədə Latviya Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunub ki, 2022-ci il avqustun əvvəlindən iki ölkə arasında iqtisadi əməkdaşlıq, iqtisadi, humanitar, mədəni, elmi və texniki əməkdaşlıq sahələrində komissiyaların yaradılması haqqında sazişlər dayandırılır.

Litva və Rusiyanın sərhədyanı rayonları vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi haqqında saziş daxil olmaqla, gəlir vergiləri ilə bağlı ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınma haqqında hökumətlərarası sazişlər də dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki