image-375797_res_01backend

Lavrov Stalini müdafiə edir

image-reklam_sirab_01

İosif Stalini pisləmək cəhdləri, Rusiyanın keçmişinə, İkinci Dünya Müharibəsinin nəticələrinə edilən hücumun bir hissəsidir. Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Volqoqradda Böyük Vətən Müharibəsi veteranları ilə görüşündə söyləyib.

O vurğulayıb ki, belə “hücumlar” təkcə tarixi təhrif etmək deyil, həm də Rusiyanı siyasi cəhətdən zəiflətmək məqsədi daşıyır.

“O vaxtlar bütün prosesləri idarə etməli olan İosif Stalindən danışırdınız. Qətiyyən razıyam ki, tarixə toxunmaq olmaz. Yeri gəlmişkən, Stalini pisləmək cəhdləri, keçmişimizə, İkinci Dünya Müharibəsinin nəticələrinə edilən hücumun bir hissəsidir”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki