image-a6bdca34-0fcd-3317-884d-583955650e4e_850backend

“Lex”in kapitanı: “Qarabağ” bizi təəccübləndirmədi”

image-reklam_sirab_01

“Rəqib bizi təəccübləndirmədi”.

Bunu Polşa “Lex”inin kapitanı Mikael İshak evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu “köhlən atlar”ın yaxşı komanda olduğunu söyləyib: “Onların avrokuboklarda böyük təcrübələri var. Rəqibə topla oynamağa imkan verdik. Amma biz bu nəticəyə sevinirik”.

İsveçli forvard matç üçün yaxşı planlarının olduğunu sözlərinə əlavə edib: “Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sonadək mübarizə apardıq. Bu da nəticəyə gətirib çıxardı”.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki