image-72backend

Lirə ucuzlaşır, Türkiyə Mərkəzi Bankı isə uçot dərəcəsini yenə endirib

image-reklam_sirab_01

Bu gün Türkiyə Mərkəzi Bankının pul siyasəti komitəsinin növbəti iclası keçirilib. KİV-lər quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 15 faizdən 14 faizə endirilib.

Qeyd edək ki, noyabrın 18-də keçirilmiş iclasda uçot dərəcəsi 16 faizdən 15 faizə endirilmişdi.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Bu ilin əvvəlində 1 dollar 7,4 lirəyə bərabər olan türk valyutası bir il ərzində xeyli ucuzlaşıb. Son 20 ildə maksimum gündəlik eniş noyabrın 23-də qeydə alınıb – həmin gün lirə 16 faiz ucuzlaşıb. Bu, Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsini 16 faizdən 15 faizə endirmək qərarını verməsindən sonra baş verib. Bundan sonra prezident Rəcəb Tayyib Ərdoğan yenidən uçot dərəcəsinin endirilməsinin tərəfdarı olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki