image-reklam-veteninfo
image-photo-2022-05-21-16-57-46-2backend

 Litva ilə Azərbaycan uzun illərdir ki ,strateji tərəfdaşlıqlarını qoruyub saxlayır

image-reklam-veteninfo


Azərbaycan və Litva arasında uzun illərdir ki, iqtisadi və mədəni əlaqələr mövcuddur və eyni zamanda son vaxtlarda  ikitərəfli münasibətlər daha da intensivləşib. Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 dekabr 1991-ci ildə tanımışdır və iki ölkə arasında diplomatik münasibətlərin  isə əsası 20 noyabr 1995-ci ildə qoyulmuşdur. Bununla belə Azərbaycan Respublikasının  Litva Respublikasında Səfirliyi 2007-ci ilin sentyabr ayında açılmışdır.Litvanın isə  Azərbaycan Respublikasında Səfirliyi 3 aprel 2007-ci ildə açılmışdır.  Azərbaycan Respublikası və Litva Respublikası arasında siyasi dialoqlar yüksək səviyyədə mütəmadi şəkildə qarşılıqlı səfərlər vasitəsilə davam etdirilməkdədir. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun   24-25 aprel 2017-ci il tarixində   Litva Respublikasına rəsmi səfəri baş tutmuşdur. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrup mövcuddur və fəaliyyət göstərir. Qrupa isə Nəsib Məhəməliyev rəhbərlik edir. Litva Seymində də  Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupu  fəaliyyət göstərməkdədir. Qrupun rəhbəri isə  Kazis Starkeviçyusdur.
2019-cu ildə Litva Respublikasının Sosial Təminat və Əmək Naziri Azərbaycana  səfər edib və bu səfər çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri olan , cənab Sahil Babayev ilə görüş baş tutmuşdur və bir çox məsələlər müzakirə olunmuşdur. Görüş ərzində  Litvalı nazir və nümayəndə heyətinə Azərbaycanın DOST layihəsi, məşğulluq, əmək ,sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlər haqqında müxtəlif  təqdimatlar olunub. Səfər zamanı   “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” Saziş imzalanıb. İmzalanan bu  Saziş iki ölkə arasında əməkdaşlığın daha da güclənməsinə,  genişlənməsinə şərait yaratmaqla bərabər , yeni tərəfdaşlıq imkanlarına da yol açıb. 30 aprel 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında 2021-ci il üçün nəzərdə tutulan  “Fəaliyyət Planının” onlayn imzalanma mərasimi baş tutmuşdur.

 

Mayın 18-də Azərbaycan növbəti  dəfə  çox mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi.  Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumu keçirildi. Bu forum  Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da uğurla inkişaf etdiyini bir daha dünya ictimaiyyətinə  göstərdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda həmin gün mətbuata bir çox  bəyanatlarla çıxış ediblər. Ölkə başçısı öz bəyanatlarında  bir sira mühüm və vacib məsələlərə toxunub və aydınlıq gətirib. İlk növbədə bildirilib ki, Litva ilə Azərbaycan uzun zamandır ki, strateji tərəfdaşlıq edir və iki ölkə arasında imzalanmış  mühüm Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın əhəmiyyətini  özündə  əks etdirir. Ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun nəticəsi olaraq bilinməkdədir.Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxış edən zaman iki dost ölkə arasında mövcud olan güclü siyasi münasibətləri vurğulayıb və bildirib ki, Litva Prezidentinin  Azərbaycana səfəri fəal siyasi ,iqtisadi  dialoqun olduğunu bir daha sübut edir.  Ölkələr arasında olan bu münasibətlər uzun illər davam edəcək.

 

Mamedova Fəridə Nəsimi rayon sakini




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki