image-31ca799f-d0cb-323d-b0ab-a909bd4d9f3a_850backend

Litva Mixail Qorbaçova qarşı cinayət işinə xitam verib

image-reklam_sirab_01

Vilnüs Rayon Məhkəməsi keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun 1991-ci ilin yanvarında teleqülləyə ölümlə nəticələnən basqında məsuliyyət daşıması ilə bağlı sabiq dövlət başçısına qarşı mülki iddianı rədd edib.

bu barədə “Delphi” agentliyi məlumat yayıb.

Vilnüs Dairə Məhkəməsinin nümayəndəsi Aurim Jukauskas qeyd edib ki, iddia konkret şəxsə, Sovet İttifaqının keçmiş prezidentinə qarşı qaldırılmışdı, lakin onun vəfatından sonra bu, qeyri-mümkündür.

Xatırladaq ki, 1991-ci il yanvarın 12-dən 13-nə keçən gecə sovet hərbi bölmələrinin Vilnüs teleqülləsinə və Radio və Televiziya Yayımları Komitəsinin binasına basqını zamanı 14 nəfər həlak olub.

Litvada 1991-ci ilin yanvar hadisələrində həlak olanların yaxınları SSRİ-nin keçmiş prezidentini məhkəməyə verib. Onlar sübut etmək niyyətində idilər ki, o vaxt SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Qorbaçov orduya nəzarət edib, lakin Litvada təcavüzün qarşısını almaq üçün tədbirlər görməyib və bununla da cinayətin həyata keçməsinin qarşısını almayıb.

May ayında Vilnüs məhkəməsi bu iddianın sənədlərini Qorbaçova ötürmək üçün Rusiya Xarici İşlər Nazirliyinə göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki