image-6b8649e5-4e44-4bd5-ab52-73f16e955564_850backend

Litvanın parlament partiyaları müdafiə sahəsində anlaşma memorandumu imzalayacaq

image-reklam_sirab_01

Litvanın parlament partiyaları müdafiə siyasəti sahəsində anlaşma memorandumunun yeni variantını iyun ortalarında imzalayacaqlar.

Bunu “LRT” radiosuna Seymin (Parlament – Red) Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, sənədin hazırlanması üzrə işçi qrupuna rəhbərlik edən Laurinas Kasçyunas deyib.

“Biz onu iyulun ortalarında imzalamağı planlaşdırırıq. Parlamentdəki partiyaların liderlərinin mövqeləri əksər məqamlar üzrə razılaşdırılıb”-deyə, o bildirib.

Müdafiə siyasəti üzrə ilk anlaşma memorandumu 2018-ci ilin sentyabrında parlament partiyaları tərəfindən imzalanıb. Memorandumda 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-in 2,5%-i səviyyəsinə çatmaq üçün ardıcıl artımı nəzərdə tutulurdu. Lakin qarşıya qoyulan hədəfə bu il nail olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki