image-9be63d7e-5504-38bf-80db-7e2d65e4f22e_850backend

Livan parlamenti ölkənin yeni prezidentini seçəcək

image-reklam_sirab_01

Sentyabrın 29-da bütün fraksiya və blokların iştirakı ilə Livan parlamentinin ölkənin yeni prezidentinin seçkilərinə həsr olunmuş sessiyası keçiriləcək.

Bu barədə TASS-a Deputatlar Palatasının katibliyindəki mənbə məlumat verib.

Məlumata görə, indiyədək heç bir fraksiya bu və ya digər səbəbdən parlamentin iclasını boykot edəcəyini bildirməyib.

Mənbənin sözlərinə görə, əsas siyasi qüvvələr, 2016-cı il seçkilərində olduğu kimi, dövlət başçısı postu üçün mümkün konsensus şəxs ilə bağlı razılığa gəlməyiblər:

“Belə bir namizədin olmaması o deməkdir ki, böyük ehtimalla, namizədin qalib gəlməsi üçün 128 deputatdan 65-nin dəstəyinə ehtiyac yarandıqda ikinci səsvermənin keçirilməsi lazım olacaq”.

Qeyd edək ki, hazırkı dövlət başçısı Mişel Aunun səlahiyyətləri oktyabrın 31-də başa çatır. Marada Xristian Partiyasının sədri Süleyman Franjye avqustda prezidentliyə namizədliyini irəli sürmək niyyətini ilk elan edib. Onu parlamentin spikeri Nəbih Berri və Suriya tərəfdarı qruplar dəstəkləyir. Marada lideri 1970-1976-cı illərdə hakimiyyətdə olmuş Prezident Süleyman Franjyenin (1910-1992) nəvəsidir.

İkinci namizəd İordaniyadakı keçmiş səfir, respublikanın müstəqillik əldə etdikdən sonra ikinci prezidenti, 1952-1958-ci illərdə hakimiyyətdə olmuş Kamil Şamunun (1900-1987) nəvəsi Treysi Şamundur. Şamun klanı qərbyönlü Milli Liberal Partiyasına rəhbərlik edir.

Tanınmış hüquq müdafiəçisi Mey Rihani və iş adamı Ziyad Hayek də prezidentliyə iddialı olublar.

“An-Nahar” qəzetinin məlumatına görə, 1989-cu il noyabrın 22-də Beyrutda törədilən terror aktı nəticəsində ölən prezident Rene Müavvadın (1925-1989) oğlu, deputat Mişel Müavvad müxalifət fraksiyalarından yeganə namizəd ola bilər. Müavvad andiçmə mərasimindən 17 gün sonra vəfat edib. Druz dağ icmasının siyasi lideri Valid-Cumblatın rəhbərlik etdiyi mərkəzçi Mütərəqqi Sosialist Partiyası Mişel Müavvadın prezidentliyə namizədliyinin irəli sürülməsinə etiraz etmədiyini bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki