image-tokbackend

Lukashenka hazır ol!-Belaruslu siyasətçi Lukaşenkoya səslənib

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Belarusiyanın dövlət,eyni zamanda ictimai-siyasi xadimlərindən Pavel Latuşko Belarusiya prezidenti Aleksadır Luksşenkoya mesaj göndərib.

“Novaya qazeta”da yayımlanan mesajda Pavel Latuşko bildirib ki, demokratik ölkədə elə bir sistem yaradılır ki, insanlar hakimiyyətdəki nümayəndələrini seçki yolu ilə seçirlər.

“ Zorla dağıdılmayan, qumbaraatanlarla bombalanmayan mitinqlərə adam toplaya bilən müxalifət də var. Xalq nə iləsə razılaşmırsa, tələblərini parlamentdəki müxalifət vasitəsilə iqtidar nümayəndələrinə çatdırır.Əgər iqtidar nümayəndələri şərtləri yerinə yetirməsə, o zaman növbəti və ya növbədənkənar seçkilərdə müxalifət öz yerini tuta bilər. Bu, hakimiyyət dəyişikliyi üçün normal prosedurdur, dövlətin daxili və xarici təhlükəsizliyini, ölkənin inkişafını təmin edən enerjinin narazı vətəndaşlardan hakimiyyət nümayəndələrinə ötürülməsidir”-deyə vurğulayan Pavel Latuşko əlavə edib ki, Belarusiya və Lukaşenko kimi diktatorun olduğu bir ölkə də belə sakit inkişaf yolu mümkün deyil. Onun sözlərinə görə, də avqust ayından Belarusda, indi isə Qazaxıstanda keçirilən etiraz aksiyalarına çevrilir:

“Müxtəlif səbəblər ola bilər – Belarusda bu, seçkilərin saxtalaşdırılmasıdır, Qazaxıstanda – qazın qiymətinin artması. Amma səbəb iqtidarın dönməzliyi, müxalifətin hakimiyyətə gəlməsinin mümkünsüzlüyüdür.Belarus və Qazaxıstanda baş verən hadisələr göstərir ki, dəyişiklik prosesini dayandırmaq olmaz. Qazaxıstanda baş verənlər Lukaşenkoya aydın siqnal verir ki, heç bir hakimiyyəti ötürmək cəhdləri və ya yeni psevdokonstitusiyalar onun hakimiyyəti saxlamasına imkan verməyəcək”.

 

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki