image-6332371560e5c6332371560e5d16642352856332371560e586332371560e5abackend

Macarıstan Rusiya vətəndaşlarına viza verməyə davam edir

image-reklam_sirab_01

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, tətbiq olunan sanksiyalara və müzakirələri davam edən 8-ci sankisaylar paketinə baxmayaraq Macarıstan höküməti Rusiya vətəndaşlarına Şengen vizası verməyə davam edəcək.

SchengenVisaInfo saytına istinadla xəbər verilir ki, macar nazir bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakı zamanı bəyan edib.

 

“Viza müqaviləsinin mövcudluğu ilə proses bir qədər daha mürəkkəb və yavaş xarakter alır. Ancaq heç bir razılaşma olmadıqda belə, bu, o demək deyil ki, biz viza verməyəciyik. Təbii ki, biz prosedura uyğun olaraq viza verilməsini davam etdirəcəyik,”- deyə Siyarto bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza proseduruna dair sazişi iyulun 31-də ləğv edib. Bir neçə Avropa ölkəsi isə Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki