image-16cf30e2-feae-448b-8566-6b0f3bb9da89_850backend

Macarıstan Rusiyadan əlavə qaz almaq üçün danışıqlar aparır

image-reklam_sirab_01

Macarıstan həm Rusiyadan, həm də Qərb ölkələrindən əlavə qaz almaq niyyətindədir.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Mən hər iki dominant istiqamətdə, yəni şərq və qərbdə 732 milyon kubmetr qazın alınması ilə bağlı danışıqlar aparıram”, – nazir bildirib.

Onun sözlərinə görə, Rusiyadan qaz almaq qərarını özü verib və Moskvaya səfəri zamanı 732 milyon kubmetr qazın hazırda “Rusiya mənbələri olmadan bazarda almaq mümkün deyil” fikrini səsləndirib:

“Ona görə də mən bu məbləği qismən Rusiyadan, qismən də digər qərb mənbələrindən almaq istərdim. Danışıqlar davam edir və o, onların nəticələri barədə spekulyasiya etmək istəməzdim. Gələn həftə nəticələri barədə məlumat verəcəyimə söz verirəm”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki