Fransa prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.
O, Azərbaycan dilində status yazıb:
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, – paylaşımda bildirilib.
Daha sonra o, qeyri-formal keçirilən üçtərəfli görüşdə şəkil paylaşaraq fransızca, azərbaycanca və ermənicə yazıb: “Ermənistan, Azərbaycan, birlikdə!”
Xatırladaq ki, dekabrın 15-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.