image-0cbb498b-e530-3574-8651-b9672c50385f_850backend

Makron BMT TŞ-nın daimi üzvlərinin sayının artırılmasını təklif edib

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasını təklif edib.

Bu barədə “TASS”a istinadən xəbər verilir.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası öz rolunu tam yerinə yetirmək qabiliyyətini qorumaqla öz sıralarına yeni daimi üzvləri qəbul etməlidir .

Fransa liderinin sözlərinə görə, eyni zamanda kütləvi cinayətlərə qarşı veto hüququ məhdudlaşdırılmalıdır.

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var – Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər birinin şurada veto hüququ var. Şuranın coğrafi əsasda seçilən 10 üzvü qeyri-daimi üzv statusuna malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki