image-6d1e541d-dec2-3e14-aa05-55cb463f290d_850backend

Makron Putini Ukraynada müharibəsini dayandırmağa çağırıb

image-reklam_sirab_01

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığında rəsmi Moskvanın Ukraynadakı müharibəni dayandırması və danışıqlara başlaması barədə danışıb.

Bu barədə Yelisey Sarayından bildirilib.

“Bu münasibətlə (telefon danışığında – red), dövlət başçısı danışıqların başlaya bilməsi üçün onun (Rusiya Federasiyasının apardığı müharibənin ) mümkün qədər tez dayandırılması tələbini xatırladıb…”, – rəsmi məlumatda deyilir.

Prezident Dəftərxanasının iki lider arasında bazar günü aparılan telefon danışığından sonra yaydığı kommünikeyə görə, Makron Rusiya Prezidentinə Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlığını da bildirib.

Yelisey Sarayından verilən məlumata görə, Makron İstanbul taxıl müqaviləsi mövzusunu da qaldırıb və “müqavilə çərçivəsində ixrac edilən taxılın həqiqətən ona ən çox ehtiyacı olanlara getməsini” təminatına çağırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki