image-malik-hesenovbackend

Malik Həsənov: Azərbaycan daim dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışlarını edir

image-reklam_sirab_01

“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında Azərbaycanın dünəninə baxış əsasında qarşıdakı dövrün əsas hədəfləri, postmünaqişə dövrünün reallıqları, regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, sülh, təhlükəsizlik çağırışları öz əksini tapır. Bu baxımdan noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans xüsusi diqqətdə oldu. Bu, ADA Universitetinin ev sahibliyi etdiyi sayca üçüncü konfransdır. Aparıcı beyin mərkəzləri, tanınmış ekspertlər, analitiklər regionda baş verən hadisələrin müzakirəsinə, postmüharibə dövründə sülh quruculuğu, yenidənqurma işlərinə xüsusi diqqət yetirir və bu konfranslarda yaradılan şəraitə uyğun olaraq Prezident İlham Əliyevə ünvanladıqları suallar əsasında hərtərəfli, dolğun məlumatlar əldə etməkdən məmnunluqlarını ifadə edirlər. Dövlət başçısının ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışının dünya mətbuatında geniş müzakirə olunması da deyilənlərin təsdiqidir. Belə konfranslarda səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir. Azərbaycan daim qlobal məsələlərin müzakirəsi üçün ideal məkan kimi qəbul olunur. Postmünaqişə dövründə ölkəmizin beynəlxalq aləmdə möveyinin daha da möhkəmləndiyini böyük əminlik və qürur hissi ilə qeyd edirik. Qürurverici haldır ki, son iki ildə nəinki paytaxt Bakı, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq əhəmiyyətli forum və konfransların keçirilməsi üçün ideal məkan kimi diqqətdədir.  Ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu ilin aprelində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabr ayında Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər də bu qəbildəndir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, nümayəndələrinin yer alması da tədbirə olan marağın göstəricisidir: “Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında, həmçinin iştirakçıların suallarına cavablarında Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrinin əhəmiyyətindən, postmünaqişə dövrünün çağırışlarından geniş bəhs etdi. Konfransın mövzusundan da göründüyü kimi, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri günümüzün əsas çağırışlarıdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbədən  sonra  ölkəmizin  Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü  siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir.”

“Dövlət başçısı İlham Əliyev konfrans iştirakçılarının suallarını çavablandırarkən bu məqamı xüsusi qeyd etdi ki, indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Belə bir çağırış ifadə edildi ki, ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birini necə dəstəkləyə biləcəyini nəzərdən keçirməlidir. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir. Ölkə Prezidenti bu əminliyi də ifadə etdi ki, həyata keçirilən kommunikasiya layihələri regional təhlükəsizliyi, sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan vardır”,- deyə millət vəkili vurğulayıb.

Malik Həsənov konfransın iki saat yarımdan artıq davam etdiyini, dövlət başçısı İlham Əliyevin 16-dan çox sualı təmkinlə, diplomatik şəkildə cavablandırdığını önə çəkərək, bütün bunların fonunda qalib Azərbaycana diqqət və marağın artdığını  qeyd edib: “Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu, ölkələri, xalqları bir araya gətirən, onlar arasında dostluq, əməkdaşlıq körpüsünü möhkəmləndirən enerji və nəqliyyat layihələrinin coğrafiyası genişlənir. Azərbaycan bu layihələrin icrası ilə regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən ölkəmiz sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də bunu tələb edir. Cənab İlham Əliyev konfransda da bu məsələyə xüsusi diqqət yönəldərək, mesajlarını çatdırdı.”

Millət vəkili qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan sülh gündliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Bütün tribunalardan, platformalardan dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışlarını edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki