image-malik-hasanovbackend

Malik Həsənov: “Güclü dövlət, yüksək rifah” prinsipi dövlət siyasətinin əsasında dayanır

image-reklam_sirab_01

“Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Həmçinin bu tezisi irəli sürdü ki, neft kapitalı insan kapitalına çevrilməlidir. Son 18 ildən artıq dövrdə Azərbaycanın bu hədəflərə nail olmaq istiqamətində atdığı addımlara və əldə edilən uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafı ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya əsas vəzifə kimi qoydu. Ölkə Prezidenti “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi” fikirləri ilə son 18 ildən artıq dövrdə görülən işlərin aydın mənzərəsini yaradır. 2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regional inkişaf proqramlarının uğurlu nəticələrindən bəhs edərək tapşırıqlarını verdi, məmurlara növbəti xəbərdarlığını etdi: “Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı uğurla icra edildi, 4-cü sənədin icrası davam edir. Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Hər bir bölgənin inkişafında əhəmiyyətli rol oynayan infrastruktur tamamilə yenilənib, müasir tələblər səviyyəsində yenidən qurulub. Görülən işlər sahibkarlığın inkişafına geniş imkanlar açır. Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir. “ASAN xidmət”, Ailə Biznesinə Asan Dəstək (ABAD), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin sayının artması da hədəflərə yönələn addımlardandır. Bu günün əminliklə qeyd etdiyimiz reallıqları sırasında şəhərlə kənd arasında fərqin aradan götürülməsi məhz Regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsidir”.

“Dövlət başçısı İlham Əliyev bu inkişafı uğurla davam etdirmək üçün rayon rəhbərliyinin özünün də təşəbbüslərinin olmasının vacibliyini bildirdi” ,- söyləyən millət vəkili qeyd edib ki, təsdiqlənən Dövlət proqramları ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçılarının da təşəbbüslərinin olması, onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılması rayonların dayanıqlı inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan ki, hər bir rayon özünəməxsus iqtisadi potensiala, turizm imkanlarına malikdir. Bu gün bölgələrimizin sürətli inkişafı üçün bütün imkanlar mövcuddur.

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Cənab İlham Əliyevin həmin səfərlərindən sonra rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Əhalinin məşguluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi əsas hədəflərdəndir. Hər zaman vətəndaşının yanında olan Prezident İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını hər bir məmurun qarşısında əsas tələb kimi qoyur. Dövlət başçısı sözügedən görüşdə yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarına bir daha bildirdi ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət edilməlidir ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.

Millət vəkili vurğulayıb ki, bütün görülən işlər dövlətin həyata keçirdiyi siyasətin təqdimatıdır. “Güclü dövlət, yüksək rifah” prinsipi daim həyata keçirilən siyasətin əsasında dayanır. Ölkə Prezidenti məmurlara növbəti xəbərdarlığını etdi: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki