image-malikbackend

Malik Həsənov: Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycan beynəlxalq aləmdə sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın ünvanı kimi tanınır

image-reklam_sirab_01

“Son 18 ili ölkəmizin həyatında təkmil islahatlar dövrü kimi xarakterizə edə bilərik. Sürətlə dəyişən reallıqlar islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Təkcə son illərin islahatlar kursu ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur.  Bu mühüm məqam da önə çəkilir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq. Bu kontekstdən yanaşdıqda Azərbaycanın yeni texnologiyaların inkişafı istiqamətində atdığı addımlar və uğurlu nəticələri göz önündədir. Ölkəmizin kosmik klubun üzvü olması, o cümlədən beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev 2018-ci il Prezident seçkilərində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir  ki, bu gün onların nəticələrini görürük.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov Azərbaycanın iqtisadi tərəqqisinin  siyasi müstəqilliyinin möhkəmləndirilməsində əsas  olduğunu  qeyd edib: “Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir.  Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri inkişaf edir, yeni prioritetlər müəyyənləşdirilir. Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Tolerantlıq və multikultural dəyərlərin inkişafına töhfələri təqdir edilir.  Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, sürətli iqtisadi inkişafının və ədalətə əsaslanan mövqeyinin göstəricisidir. Həmçinin Azərbaycan 120 üzvü sıralarında birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma iki illik sədrlik ölkəmizə həvalə edilmişdir. Bu, üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Azərbaycanın fəal şəkildə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Onu da qeyd edək ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Bu, Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymət kimi dəyərləndirildi.”

Malik Həsənov bütün bu uğurlarımızın, o cümlədən birliyimizin torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirdiyini vurğulayıb: “Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır. Zəfər zirvəsinə yüksəlmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qələbəyə nail oldu.  Dünyaya səs salan Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanın qalib ölkə kimi diktə eədən tərəf olduğunu nümayiş etdirir. Azərbaycanın diplomatik uğurları kimi dəyərləndirilən Soçi və Brüssel görüşləri bir daha işğalçı Ermənistanın və dünya güclərinin reallıqlarla barışdığını, Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyini nümayiş etdirdi.  Bu gün böyük fəxr və qürurla qeyd edirik ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” qalib Lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsidir. 44 gündə əsrlərlə oxunacaq tarix yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son bir ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Düşmənin işğal dövründə dağıtdığı şəhər və kəndlərimiz müasir tələblərə uyğun yenidən qurulur. İşğaldan azad olunmuş ərazilərdə icra olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. Tezliklə birliyimiz, həmrəyliyimiz sayəsində Böyük Qayıdışın da reallığa çevrilməsi sevincini yaşayacağıq. Hər bir vədini konkret əməli fəaliyyəti ilə təsdiqləyən Liderə milyonların sevgisi, inamı və etimadı şəksizdir.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki