image-fb_img_1629271131900backend

Maraqlısı odur ki, cəmi bir ay qabaq xarici media onu “terrorçu” və ya “silahlı dəstə” adlandırırdısa, hazırda “hərəkat” kimi səsləndirir-Gülsel Səfərova yazır

image-reklam_sirab_01

Son günlərdə əfqan xalqının yaşadıqları terror faciəsinə baxıb yəqin ki, hər birimiz ürəyimizdə düşünürük:” Nə yaxşı ki, orada dünyaya göz açmamışıq. Orada yaşamırıq”. Ki, bu da təbii haldır…

Təəssüf ki, Əfqanıstan hakimiyyətinin başına “Taliban” terrorçu təşkilatı gəldi. Maraqlısı odur ki, cəmi bir ay qabaq xarici media onu “terrorçu” və ya “silahlı dəstə” adlandırırdısa, hazırda “hərəkat” kimi səsləndirir. Bu araşdırılmalı mövzudur.

Azərbaycan Talibana qarşı mübarizədə 2000-ci illərdən ABŞ-a müsəlman ölkəsi olaraq beynəlxalq antiterror əməliyyatlarına hərbi-siyasi dəstək verdi, xüsusən də Əfqanıstana yüklərin daşınmasında əhəmiyyətli tranzit ölkə rolunu oynadı. Bu ABŞ üçün ciddi əhəmiyyət kəsb edirdi. Habelə, ölkəmizin milli maraqlarına tam cavab verirdi. Amma baş verənlər Azərbaycanın ABŞ üçün artıq tranzit ölkə kimi qismən əhəmiyyətini də itirir. Rusiya və İran kimi ölkələrin sərhəddində yerləşən Azərbaycan üçün əslində ABŞ-ın bu regiondan çıxması yaxşı hal kimi qiymətləndirilə bilməz. Bu heç ABŞ-a da sərf etmir, qlobal maraqlarına ziddir. Düşünürəm ki, Tramp hakimiyyəti belə tələsik addım atmazdı. Ən qorxulusu da odur ki, terror qruplaşmaların “dəbdə” olacağı bir dönəmə girdik. Hələ başlayacaq Qərbin yeni və “kreativ” islamofob layihələrini demirəm…

Əfqanıstanda yaşayan ən çox qadınların və qızların halına yanıram. Xalq olaraq savadları aşağı ola bilər, amma safdırlar. Xarici tədbirlərdən tanıdığım çox əfqan tanışlarım var. Heç biri bu sonluğu istəmirdi. Amma inandıqları prezident də, ABŞ da bir neçə saata onları tərk etdi. Terrorla üzbəuz qaldılar. Hər saatları ölümdür. Dünya susur, kənardan izləyir. Hətta bəzi xarici media nümayədələri terrorçulara rəğbətlərini də gizlətmirlər…Əslində ölkənin bütün vətəndaşlarını terrordan qurtarmaq lazımdır. Amma bu realdırmı?Xeyr. Bir azdan sosial şəbəkələrdə yayılacaq bir-bir edam səhnələrinə baxacağıq və daha nələr nələr…Davamı da belə olacaq. BMT, Avropa İttifaqi və ya ABŞ-Almaniya-Fransa hələ də öz rahat kürsülərdən çıxış edərək vəziyyətə görə narahatlıqlarını bildirəcək, lakin əməldə heçnə etməyəcəklər. Reallıq budur. Acı həqiqət…Allah Əfqan xalqını hifz etsin. Bu proseslərdən Azərbaycan da nəticə çıxararaq yeni düzənə uyğun siyasət formalaşdıracaq.

P.S. Şəkildə əfqan xanımlarının yeni geyimləridir. Yanında kişi olmadan çölə çıxmaq qadağan oldu…no comment


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image