image-7846b53e-7890-45fe-a970-a1e7fe79da18backend

Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü

image-reklam_sirab_01

Yer kürəsində çox az sayda şəhər var ki, musiqi onun hər daşına, hər qarışına hopmuşdur. Qafqazın incisi, Qarabağın ürəyi, mədəniyyət beşiyimiz Şuşa belə şəhərlərdəndir.
Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverən hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil.Şuşa həm də mədəniyyət beşiyimiz olaraq bir çox görkəmli sənətkarların,musiqişi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi yerdir.
29 il Şuşada mədəniyyət soyqırımı həyata keçirən düşmən bəşəri cinayət yolunu tutaraq bu mühiti məhv etməyə çalışdı. Lakin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz əzəli torpaqlarımızı eləcə də Şuşa şəhərini düşmən tapdağından azad etdi.
Ölkə başçısının göstərişi ilə işğaldan azad edilmiş torpaqlarda təmir-bərpa işləri aparılır, yollar salınır, yaşayış binaları tikilir. Bir sözlə həmin ərazilərdə eləcə də Şuşada həyat yenidən dirçəldilir. Cəmi 7 ay ərzində Şuşada çox böyük işlər görülməkdədir. Biz hər dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər edərkən tam fərqli inkişafın şahidi oluruq.Bütün bunlarla yanaşı. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər də artıq keçirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olmuşdur. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı.
30 ildən sonra – 30 avqust tarixində ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif poeziya günləri yenidən keçirildi. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu həyata keçirmişdir.
Dövlətimizin başçısı tədbirdə çıxış edərkən maraqlı məqama toxunaraq bu gün tarixin təkrarlandığını qeyd etdi: “Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi ölkə başçısının milli ədəbiyyata, tariximizə, mədəniyyətimizə böyük marağının təzahürüdür.
Tədbirdə səslənən şeirlər, musiqilər və muğamlar Qarabağımızın hər bir qarışında şeir, musiqi mədəniyyətinin hələ də yaşadığını və daha da canlandığını sübut edir.Bundan sonra biz hər dəfə Vaqif Poeziya Günlərini qələbəmizi xatırlayaraq,böyük qürur hissi ilə qeyd edəcəyik.

Aysel Mənsimova – YAP üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki