image-1676624231_1674115106_111111-780x470backend

Media subyektləri vergi və ƏDV-dən azad edildi

image-reklam_sirab_01

Media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub.

Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Bundan başqa, Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini ilk oxunuşda qəbul edib. Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki