image-02cec6c9-4c04-379b-8128-91d1c9b3ab52_850backend

Mehmet Muş: “Türkiyə azad iqtisadi zona təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”

image-reklam_sirab_01

“Azad iqtisadi zonalar üzrə təcrübəmizi Azərbaycan və Özbəkistanla bölüşməyə hazırıq”.

bunu ticarət naziri Mehmet Muş bildirib.

Nazir COVID-19 pandemiyası dövründə daha da əhəmiyyət kəsb edən nəqliyyatın fəaliyyətinin asanlaşdırılmasının ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

O, qeyd edib ki, Türkiyənin azad iqtisadi zonaları ilə bu mövzuda güclü təcrübəyə malikdir.

“Şirkətlərimiz və investorlarımız ölkəmizdəki azad iqtisadi zonalardan sərfəli şərtlərlə dünya ilə ticarətlərini davam etdirirlər. Sərbəst iqtisadi zonalar sahəsindəki təcrübəmizi Azərbaycan və Özbəkistanla bölüşməyə hazırıq. Birgə işimizdən əldə olunacaq müsbət nəticələr biznes təşkilatlarımızın problemlərini həll edəcək və biznes sahəsinin nümayəndələrinə daha sıx əlaqələr qurmağa imkan verəcək.

Ticarət əlaqələrimiz üçün əvəzolunmaz olan biznes təmsilçilərimizə imkan verən bütün fəaliyyətləri dəstəklədik və bundan sonra da dəstəkləyəcəyik. Bu kontekstdə işgüzar qurumların, xüsusən də ölkələrimiz arasında olan işgüzar şuraların iqtisadi əlaqələrimizin inkişafında fəal rol oynamasına əhəmiyyət veririk”.

“Üçtərəfli görüş ümumi baxışın yaradılması üçün vacibdir. Ölkələr arasında sıx əməkdaşlıq və birgə fəaliyyətin regional və beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti daha da gücləndirir”, – nazir əlavə edib.

Mehmet Muş Türkiyənin Özbəkistan və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyada mühüm addım olan Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməyə davam etdiyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki