image-meshurbackend

“Mehriban xanımın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur”

image-reklam_sirab_01

Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanımın zəngin fəaliyyətini, gördüyü xeyirxah işləri sadalamaqla bitməz.

Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.

Mehriban xanım Əliyevanın fəaliyyəti öz zənginliyi və genişhəcmli olması ilə diqqəti çəkir. O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi gündən xalqın ümid yerinə çevrilmiş, vətəndaşlar problemlərinin həlli üçün, xəstələrinin şəfa tapması üçün həmişə ona müraciət etmiş, edilən heç bir xahiş, yazılan heç bir kömək məktubu cavabsız qalmamışdır.

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru uğurlu nəticələr əldə edib

Respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür.
Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib.

Qarşıda çox illər var. Mehriban xanım Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcək.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki