image-70a70714-71ab-4768-8d43-29136c94561fbackend

Məkrli Erməni siyasətinin süqutu

image-reklam_sirab_01

 

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Ordumuz düşmənin diversiya qruplarının fəaliyyətini zərərsizləşdirmək məqsədilə  təxirəsalınmaz tədbirlər həyata keçirdi.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. Nəticədə düşmən ciddi itkilərə məruz qaldı. Sərhəddə baş verən düşmən təxribatlarının qarşısını alan zaman Azərbaycan Ordusu  şəhidlər verdi.

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində Ermənistanı məğlub etdi. Lakin buna baxmayaraq erməni təxribatları bitmir. Son hadisələr da ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirilən təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha nümayiş etdirdi. Həm Qarabağda, həm də sərhəddə artan təxribatlara Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyatla cavab verməklə mənfur düşmənin bütün bu planları alt-üst etdi.

Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edilib. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altındadır. Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcək.

Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia atıcı qurğusunu, radiolokasiya stansiyasını, 200 nəfərə yaxın canlı qüvvəsini, çoxlu sayda  hərbi obyektinivə onlarla döyüş məntəqəsini məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. İtkinlər, səngərlərdə ölüb qalanlar və əsir düşənlər barədə İrəvan hələ də susmaqda davam edir.

Şəhidlərimiz tək ailəsinə, tək nəslinə aid deyil, onlar artıq 50 milyonluq xalqımızın övladlarıdır. Azərbaycanımızın mövcud olduğu müddətdə şəhidlərimiz əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Bizim üçün hər bir şəhid Vətən və Qələbə rəmzidir. Məhz bu qəhrəman şəhidlərimizin sayəsində biz Ermənistan-Azərbaycan münaqişəsinin 34 illik tarixi ərzində ilk dəfə tarixi torpaqlarımızda yerləşən Ermənistan silahlı qüvvələrinə aid hərbi infrastrukturunun və döyüş mövqelərinin darmadağın edilməsinin, həmin  ərazidə təxribatlara cəhd edən yüzlərlə düşmənin canlı qüvvəsinin və milyard dollarlıq silah sistemlərinin zərərsizləşdirilməsinin qürurunu yaşayırıq. Şəhidlərimizin hər biri başımızın tacıdır, onların sayəsində biz qalib xalqa çevrilmişik və bu gün tarixi torpaqlarımızda düşməni ağır itkilərə məruz qoymuşuq. Bunu heç birimiz unutmalı deyilik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Tofiq Mirzəyev – müharibə veteranı, ehtiyatda olan baş leytenant

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki