image-28427578-709f-3b29-b34c-f51ac5a494eb_850backend

Meksikada güclü zəlzələ olub, ölən var

image-reklam_sirab_01

Meksikanın qərbindəki Miçoakan ştatında baş verən 7,7 bal gücündə zəlzələ zamanı 1 nəfər ölüb.

bu barədə ölkənin Milli Seysmoloji Xidmət bildirib.

“Miçoakan ştatında Koalkoman şəhərindən 63 km cənubda 7,7 bal gücündə zəlzələ baş verib”, – xəbərdə qeyd edilir. Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar ölkənin cənub, qərb və mərkəzi hissələrində bir sıra bölgələrdə, o cümlədən Herrero, Miçoakan, Oaxaka və Xalisko ştatlarında hiss olunub. Dəymiş maddi ziyanın ümumi məbləği barədə məlumat hələlik dərc edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki