image-04backend

Məmurlar Prezidentin iradlarından ciddi nəticə çıxarmalıdırlar

image-reklam_sirab_01

Ölkəmizin hər bir güşəsi, o cümlədən onun regionlarında inkişaf və tərəqqi göz qarşısındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi ilk illərdən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirib. Regionların sosial iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Prezident seçildiyi 18 il ərzində dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edib, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olub, problemləri ictimaiyyətin öz dilindən eşidib və onların icrası istiqamətində mühüm tapşırıqlar verib.
Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir.
Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bildirmişdir ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.”
Dövlət başçısı qeyd olunan görüşdə qarşıya qoyduğu mühüm vəzifələrdən biri biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir. Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru şəhidə ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb. Qeyd olunan görüşdə dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdə dövlətimizn qətiyyətini mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.
Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti məhz bundan ibarətdir. Ölkə Prezidenti proqram xarakterli hər bir çıxışında görülən işləri və qarşıda dayanan vəzifələri açıqlayır, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edir. Xalqın Prezidentinə inamı, etimadı böyükdür. Bu birlik, həmrəylik fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.

Tariyel Əhmədzadə – AMEA Huquq və Insan Haqlari İnstitunun
baş mütəxəssisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki