image-965064backend

“Məni ikiüzlü  təqdim etdin”-Rəqsanə od püskürdü

image-reklam_sirab_01

“Rəqsanə, sözüm sənədir. Dediklərinə çox güldüm, amma təəccübləndiyim məqamlar da oldu. Bir insanda xəyalın, fantaziyanın bu qədər güclü olması məni təəccübləndirdi. Səndən incimirəm, çünki uman yerdən küsürlər. Orada oturursan, yetənə yetirsən, yetməyənə daş atırsan. Gündəmdə qalmağı bacarırsan. Buna görə səni təbrik edirəm”.

Veteninfo.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova Rəqasanə İsmayılovanın ünvanına deyib. Günel Rəqsanənin onun haqqında dediklərinə cavab verib. O bildirib ki, Rəqsanə “Maşın” şouda yaşanan hadisə haqda yalan danışıb:

“Maşın” şoudan girdin, uçan boşqabdan çıxdın. Məni ikiüzlü  təqdim etdin. Danışanda kəlimələrinə fikir ver. Bunu efirdə deyirsən, tamaşaçı baxır. Səliqəli ol. Elə bir şey olsaydı, sən mənə uduzub yarışmadan getməzdin. Tamaşaçı gözü tərəzidir, səni oyundan uzaqlaşdırdılar, məni saxladılar. Elə söhbət olub, amma başqası ilə… Havada boşqablar uçub. Sən də maşın ətrafında dayananlardan biri idin. Necə deyə bilirsən, Günellə mənim aramda olub. Deyirsən, Murad Dadaşov və Röya Ayxan şahiddir. Günorta olanda Murad Dadaşov olmur.

Deyirsən, Günelin danışmağı yersiz idi. Canım, ən azından, gözəl bilirsən ki, yerində danışıram. Allaha şükürlər olsun ki, bir üzüm var. Yalan danışıb, fantaziya etməklə işim olmaz. Eşitdim, orada yüz minlik söhbətlərə gedirsən, bir azdan sənə ad da verərlər. Pis qız deyilsən, amma səliqəli danış”.Qeyd edək ki, Rəqsanə “ATV maqazin onlarla” verilişində Günellə bağlı “Onunla aramızda qırğın olub, boşqablar havada uçurdu. “Maşın” şouda Günel gəlirdi bizim yanımıza, axşam gedirdi başqa tərəfə. Günel, sənin danışmağın yersiz idi. Heç incimədim, cavab da vermədim. Kim nə danışır danışsın, sizi reklam etməyəcəm” sözlərini söyləmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki