image-27backend

Məşhur aktyor HƏBS oluna bilər

image-reklam_sirab_01

Məşhur türkiyəli aktyor İlyas Salman 2 il müddətinə həbs oluna bilər.

Vətəninfo.az xəbər verir ki, aktyor ötən il yanvarın 25-də sosial şəbəkə hesabında etdiyi paylaşımda türk millətini alçaltmaqda ittiham olunur.

Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb. İddiada aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi qeyd olunub. Bu səbəbdən aktyorun 6 aydan 2 il-ə qədər həbsi tələb edilir.

 

Qeyd edək ki, İ.Salman “Hababam sınıfı”, “Çöpçüler kralı”, “Kibar Feyzo” və “Banker Bilo” kimi ekran işlərində rol alıb./axşam.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image