Məşhur türkiyəli aktyor Tekin Temel vəfat edib.
Vətəninfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 56 yaşlı aktyor serial çəkilişinə gedərkən ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, aktyor Tekin “Ezel”, “Güz gülleri”, “Acı hayat”, “Böyle bitmesin”, “Veda”, “Çiçek taksi”, “Ayrılsak da beraberiz”, “Dikkat bebek var”, “Bizim aile”, “Sırlar dünyası”, “Çocuklar duymasın”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Kuruluş Osman” kimi layihələrdə rol alıb. O, “Bir yemin ettim” serialında rol almağa hazırlaşırdı.