Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.
Veteninfo.az xəbər verir ki, sənətçi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
O, atası Məhəmmədəli bəyin vəfat etdiyini qeyd bildirib:
“Ala gözlü, şirin sözlü, nur üzlü atamı itirdim. Elinə, obasına, balalarına son nəfəsinəcən sadiq qalan, balaları üçün canını verən atamı. Dərdimi atasını itirənlər bilər. Dünyada ən böyük arxa-dayağımı itirdim. Özüm övladlarıma həm atayam, həm də ana. Amma nə olsun ki, yaşımın bu çağında məni yetim qoydu. Allah bütün dünyadan köçən atalara rəhmət etsin. Ruhun şad olsun, əziz atam”.