image-2backend

Meyxanaçı Kərimdən YENİ XƏBƏR

image-reklam_sirab_01

Bir neçə ay öncə meyxanaçı Kərim Novruzovun reabilitasiya müalicəsinə başlaması barədə məlumat vermişdik.

7 il əvvəl sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib yatağa məhkum olan meyxanaçının səhhətində müəyyən irəliləyişlər olmuş, yaxınları onun yatağından qalxıb otura bildiyini, əllərini hərəkət etdirdiyini bildirmişdilər. Bəs görəsən onun son durumu indi necədir?

Vətəninfo.az xəbər verir ki, Ağakərimin yaxın dostu, meyxanaçı Ağamirzə Məmmədov Lent.az-a onun son vəziyyəti ilə bağlı danışıb.

“Oğlu Kamildən soruşdum, dedi, müalicədən heç bir effekt alınmadı. Ağamirzə öncə bir qədər masajın təsiri ilə əlini tərpədə bilsə də, yenidən əvvəlki halına qayıdıb. Bu müalicə yalnız bir az fiziki sağlığına təsir eləmişdi, beynindəki problem, danışığı düzəlməmişdi. İynə- dərman kömək eləmədi. Hələ bir az da ağırlaşıb, heç bir yenilik, yaxşılaşma müşahidə olunmur. Allah ona kömək olsun, Kərimin çarəsi Allaha qalıb”,- deyə Ağamirzə bildirib.

Qeyd edək ki, 60 yaşlı Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Üç dəfə insult keçirən meyxanaçı paralel olaraq şəkər və təzyiq xəstəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image