Ermənistan prezidenti Armen Sarkisyanın istefasından sonra, Ermənistanda siyasi bloklar arasında namizəd axtarışları davam edir. Artıq Nikol Paşinyanın komandası arasında eks təhsil və elm naziri, hazırda isə baş nazirin aparat rəhbəri Arayik Arutyunyan namizədliyi ilə bağlı söhbətlər hallansa da, bir çoxları hesab edir ki, Paşinyan ona daima sədaqət nümaiş edən birinin namizədliyi üzərində dayanacaq. Parlamentdə təmsil olunan müxalif siyasi bloklar isə hələlik öz namizədlərini açıqlamırlar.
Ermənistanda yeni prezidentin kim olması qonuşu ölkələrdə necə müşahidə edilir?
Vətəninfo.az-ın bununla bağlı suallarını cavablandıran Milli Məclisin üzvü Məşhur Məmmədov bildirib ki, Ermənistanda kimin prezident olması bir o qədər də önəmli deyil. Çünki, Ermənistanın konustitusiyasına görə, baş nazir əsas siyasi şəxs hesab edilir:
“ Bilindiyi kimi Ermənistan prezidenti Armen Sarkisyanın məhz səlahiyyətsizliyini əsas gətirərək 7 illik prezidentlik dövrünü başa vurmadan 4 il sonra istefa vermiş oldu. O gözəl anlayırdı ki, bu vəzifədə sadəcə olaraq onun işi hansısa qanunları imzalamaqdan, baş nazirin təqdimatı əsasında kimlərisə vəzifəyə təyin etməkdən, yaxud da vəzifədən azad etməkdən ibarətdir. Ona görə də son bir il içərisində davamlı olaraq prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı mesajlar verirdi”.
Millət vəkili onu da vurğulayıb ki, 44 günlük müharibə dövründə, eyni zamanda 10 noyabr 2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın kaputuliyasiya aktını imzaladığı dövrdə, Armen Sarkisyan baş nazirə qarşı müxalif cəbhədə yer alıb:
“Paşinyan əlbət də bunu görürdü və müəyyən zamanı gözləyirdi ki, Armen Sarkisyandan hansısa formada qisasını alsın. Bilindiyi kimi Armen Sarkisyanının prezident seçildiyi və prezident olduğu dövürdə başqa bir ada dövlətinin vətəndaşı olması faktının üzə çıxması Nikol Paşinyanın Armen Sarkisyanına qarşı əlini bir qədər də gücləndirmiş oldu”.
Məşhur Məmmədovun sözlərinə görə, Armen Sarkisyan məhz bu informasiyanın yayılacağı məlumatını aldığı üçün Səudiyyə Ərəbistanından birbaşa İrəvana deyil, Londona uçub:
“Çünki, onun Ermənistana qayıtdıqdan sonra, ölkəni tərk edə bilməyəcəyini Armen Sarkisyanın çox gözəl dərk edirdi. Buna görə də müəyyən həbs olma risklərindən sığortalanmaq üçün illik məzuniyyət bəhanəsi ilə Londona getdi”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda prezidenti xalq deyil, parlamentdə təmsil olunan siyasi qüvvələr tərəfindən seçilir:
“Hazırda Nikol Paşinyanın rəhbəri olduğu siyasi qüvvələrin parlamentdə əsas çoxluq təşkil etməsin diqqətə alsaq, açıq görünür ki,elə Ermənistanın yeni prezidenti də məhz Paşinyanın istədiyi adam olacağı bəllidir”, – deyə deputat vurğulayıb.
Rufina


























