image-vekilbackend

Millət vəkili: “İranı buna görə beynəlxalq məhkəməyə verməliyik”

image-reklam_sirab_01

“İranı beynəlxalq məhkəməyə verməliyik və bu ölkə Azərbaycana təzminat ödəməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa İranın 44 günlük Vətən müharibəsi dövründə qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olmaqla ordumuzun hərbi əməliyyatlarına mane olmağa çalışması faktına beynəlxalq hüquq prizmasından qiymət verərkən deyib:

“İranın bu əməli Azərbaycan ərazilərinə təcavüz etməsi mənasına gəlir. Bu, sübut olunarsa, İran Azərbaycana təzminat ödəməlidir. Çünki həmin olay ərazilərimizin dağıdılması və ermənilərlə birlikdə işğalında İranın birbaşa rolunun olduğunu göstərir. Ona görə də sübutları ortaya qoymaqla Azərbaycan tərəfi İrana qarşı hüquqi iddia qaldırmalıdır. Bu iddianın təsdiqi vacibdir və həmin istiqamətdə işləməliyik. İranı buna görə beynəlxalq məhkəməyə verməliyik”.
“İranın vaxtaşırı Azərbaycana qarşı təhdidlə dolu hərəkət və çağırışları təəssüf doğurur”.

Bu fikirlər isə sözügedən məsələyə tarixi bağlara söykənən qonşuluq prizmasından yanaşan Milli Məclisin deputatı Aydın Mirzəzadəyə məxsusdur:

“İranın bu əməlinə ilk növbədə mehriban qonşuluq və qardaşlıq prizmasından baxmalıyıq. İranla ümumi mədəniyyətimiz, dinimiz, dilimiz var. Belə oxşar cəhətlər çox olan yerdə İrandan həmişə ancaq xoş münasibət gözləyirik. Azərbaycan bunu hər zaman İran tərəfə göstərib. Heç zaman İran əleyhinə getməmişik, dövlətimiz heç zaman öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyib. Azərbaycan cəmiyyəti İranla münasibətdə hər zaman dostluğu, qardaşlığı önə çəkib. Bunun müqabilində İran tərəfinin vaxtaşırı Azərbaycana qarşı təhdidlə dolu hərəkət və çağırışları ancaq və ancaq təəssüf doğurur. Tehranın bu hərəkətinin Azərbaycanın yürütdüyü müstəqil siyasətdən doğduğunu, yoxsa bununla İranın ölkəmizi təsir altına almağa çalışdığını demək çətindir. Bir şey məlumdur ki, Azərbaycan heç zaman heç kimin təsiri altına düşməyib və düşməyəcək. Müstəqilliyi ona görə qazanmamışıq, ona görə bərpa etməmişik ki, kiminsə təsiri altına düşək. İran hakimiyyəti, siyasi dairələri Azərbaycanın müstəqilliyini, onun öz inkişaf yolu olduğunu qəbul etməlidir”.

Rüfət Sultan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki