image-7backend

Millət vəkili növbəti qəbul keçirdi – FOTOLAR

image-reklam_sirab_01

115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyev Şəki şəhərində yerləşən Heydər Əliyev mərkəzində seçiciləri qəbul edib. Görüşə qatılan 21 nəfər seçici müxtəlif məsələlər üzrə suallarını deputata ünvanlayıb. Qaldırılan məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, izahat verilib və atılması vacib olan addımlar müəyyənləşdirilib.
Deputat ölkədə gedən siyasi, iqtisadi proseslər haqqında, dövlət və parlament tərəfindən beynəlxalq siyasət sahəsində aparılan fəaliyyətlər haqqında, həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan abadlıq-quruculuq işləri barəsində seçicilərə ətraflı məlumat verib. Şəki sakinləri ölkədə və eləcə də Şəkidə aparılan geniş miqyaslı quruculuq işlərindən razı qaldıqlarını bildirib və ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki